İrəvan Kamil Zeynallı ilə bağlı açıqlama yaydı

İrəvan Kamil Zeynallı ilə bağlı açıqlama yaydıKamil Zeynallı Rusiyada saxlanmalı idi. Ermənistan ekstradisiya protokolunun tələb etdiyi sənədlər paketini hazırlayıb və Rusiya hüquq-mühafizə orqanlarına təhvil verəcək.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Zeynallı azadlığa buraxılsa da, xarici ölkələrə səfəri zamanı Ermənistan onun ekstradisiyası üçün lazımi tədbirləri davam etdirəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər