Sizin Reklam Burada

Azərbaycanlı iş adamı İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə qurbanlar kəsdirib

Azərbaycanlı iş adamı İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə qurbanlar kəsdiribMoldovanın paytaxtı Kişinyov şəhərində azərbaycanlı iş adamı İlqar Gülmalıyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qələbəsi münasibəti ilə qurbanlar kəsilərək Moldova İslam Mədəniyyət Mərkəzindəki müsəlmanlara bayram süfrəsi açılıb.

Avrasiya.net xəbər verir ki, Moldova İslam Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan müsəlmanların yeganə ibadət məkanıdır. Mərkəzdə uşaqlar və gənclər üçün mədrəsə, yataqxana və ibadət otaqları fəaliyyət göstərir.

Dini bayramları daima birlikdə qeyd edən türklər, azərbaycanlılar, qaqauzlar, özbəklər və digər müsəlman xalqların nümayəndələri bu dəfə Azərbaycanda prezidünt seçkilərinin böyük uğurla başa çatması münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında bir araya gəliblər.

Əslən Laçın rayonundan olan, azərbaycanlı iş adamı İlqar Gulmalıyev müstəqil Azərbaycan tarixində ilk dəfə ölkəmizin ərazi bütövlüy çərçivəsində keçirilən prezident seçkilərinin tarixi əhəmiyyətindən danışıb.

“Mən çox qürurluyam ki, bu seçkilər 32 il işğal altında olan, doğulub böya çatdığım Laçın şəhərində, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada, Xankənddə, Zəngilanda, Ağdamda və digər işğaldan azad olunmuş şəhərlərimizdə keçirilib. Xankənddə seçkilərdə iştirak edən dövlət başçısı yenilməz və əbədi Fatehdir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsinə əbədi imza atmış şəxsiyyətdir” deyə Azərbaycanlı iş adamı qalib ölkənin, Qalib Liderinə tarixi vətənimiz naminə daha böyük uğurlara imza atmağı arzulayıb.
Azərbaycanda başa çatan prezident seçkilərini demokratiyanın və azad seçimin qələbəsi kimi dəyərləndirən, Moldova İslam Mədəniyyət Mərkəzinin rəhbəri Cümali Gül qeyd edib ki, Azərbaycan respublikası nə qədər güclü olarsa, türkdilli xalqların bir-birinə mədəni inteqrasiyası, ortaq dilimiz, dinimiz və tariximiz bir o qədər sürətlə tərəqqi yolu keçə bilər.

O, həmçinin, Moldova İslam Mədəniyyət Mərkəzinin inşa olunmasına və burada dini mərasimlərin keçirilməsinə daima maddi və mənəvi dəstək verdiyinə görə Azərbaycanlı iş adamı İlqar Gülmalıyevə minnətdarlığını bildirib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər