Rusiyada dispanserdə xəstələr arasında dava - Ölən var
Dərc olunub:
15-02-2024, 10:49
Sankt-Peterburqda vərəm əleyhinə dispanserdə xəstələr arasında dava düşüb.
Rusiya mətbuatı xəbər verir ki, dava nəticəsində 58 yaşlı xəstə bıçaqlanaraq qətlə yetirilib. Onu öldürməkdə şübhəli bilinən 36 yaşlı vərəm xəstəsi saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır.