Sizin Reklam Burada

Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridir

Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridirAzərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanla sərhəddə keçirilən “qisas əməliyyatı” zamanı məhv edilmiş iki erməni hərbçinin kimliyi məlum olub.

ArmLur.am-ın məlumatına görə, ölən hərbçilər “Yerkrapa” Könüllülər Birliyinin üzvləridir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

“Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən könüllü erməni hərbçiləri birləşdirən qurumdur.

"Yerkrapa" Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı ilin "Aprel döyüşləri", eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

2019-cu ildə "Yerkrapa"ya erməni terrorçu Sasun Mikayelyan rəhbərlik edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər