Sizin Reklam Burada

Güneyli soydaşlarımız da İlham Əliyevin qələbəsinə sevinir

Güneyli soydaşlarımız da İlham Əliyevin qələbəsinə sevinirFevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazandığını elan edib.

Prezident İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə bir sıra ictimai xadimlər, siyasilər təbrik edib.

Seçkilərlə bağlı güneyli soydaşlarımızın da fikirlərini öyrəndik.

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili saytımıza açıqlamasında bildirib ki, quzeydə yaşayan azərbaycanlıların seçdiyi dövlət başçısı, həm də güneylilərin prezidentidir:

"Azərbaycanda prezident seçkilərinin keçirilməsi, güneyli azərbaycanlılar üçün də çox önəmlidir, dəyərlidir. Biz Azərbaycanla dövlətimiz olaraq qürur duyuruq, fəxr edirik. Azərbaycan dövləti adına bir seçim keçirilir və xalq öz liderini seçir. Əlbəttə, seçim hüququ Quzey Azərbaycanda yaşayan və vətəndaş olanlara məxsusdur. Ona görə də, Quzey Azərbaycan vətəndaşları kimi seçsələr, o, bizim üçün də prezidentdir və ona sevgimiz və sayğımız var".

Məhsa Mehdili özünün və bir sıra güneylilərin də İlham Əliyevin yenidən seçilməsindən məmnun olduğunu söyləyib:

"Mənə görə cənab prezident İlham Əliyev Azərbaycanın tarixi bir şəxsiyyətidir. Hər bir pezident seçilir və müəyyən dövr üçün işlər görür. Biz onun gördüyü işlərin hansının yaxşı olduğunu və ya daha hansı işlər görə biləcəyini qiymətləndiririk. Ancaq bunu unutmayaq ki, Qarabağ zəfəri ilə cənab Əliyev həm də bir tarixi şəxsiyyətə çevrildi. Qarabağ zəfərinə gedən dövrü,Zəfər savaşını və ondan sonrakı dönəmi idarə etmək İlham Əliyevə prezidentlikdən də ötə sevgi və sayğı qazandırdı. Odur ki, mən və bir çox güneyli dostlarımız da nəticədən məmnunuq. Artıq Qarabağ problemi də çözülüb. Gələcək günlərdə Azərbaycanın daha da güclənəcəyinə, rifaha qovuşacağına və hər baxımdan örnək dövlət ola biləcəyinə inanırıq. Bu günə qədər də bizim örnək dövlətimiz olub. Örnək dövləti bu mənada deyirəm ki, arzum Güney Azərbaycanda da bir Azərbaycan dövlətinin olmasıdır. Azərbaycan dövləti bizim dövlətimiz, prezidenti bizim prezidentimizdir".

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli güneylilərin seçki prosesi zamanı dəstəklərindən bəhs edib:

"7 fevral növbədənkənar prezident seçkiləri elan edildikdən sonra Güney Azərbaycan bu məsələ ilə bağlı müxtəlif formada öz dəstəyini Azərbaycan Prezidenti İlham Əliyevə göstərmişdi. Bu, dəstək mesajlarının da mahiyyəti “Qalib xalqın qalib lideri” şüarı altında idi. Güney Azərbaycanın bəzi şəhərlərində İlham Əliyevin şəkillərinin paylaşılıb, eyni zamanda Güney Azərbaycanla bağlı fəaliyyət göstərən milli təşkilatlarımız müəyyən müzakirələr aparıb və qərarlar qəbul olunub. Bu müzakirələrdə seçki və onun nəticələrinin o taylı-bu taylı Azərbaycanın gələcəyi üçün nə vəd etdiyi əsas gündəm idi. Bir sıra təşkilatlar, o cümlədən Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Cəbhəsi Milli Dövlətçilik Şurası dəstək bəyanatı yaydılar və seçkinin tarixi əhəmiyyəti vurğulandı. Xalqımızın seçkilərdə iştirak etməsi çox önəmli sayılırdı. O səbəbdən də biz seçkilərin aktivləşdirilməsi üçün əlimizdən gələn dəstəyi verdik. Bu, güclü Azərbaycan və onun gələcəyi,demokratiyanın oturuşması üçün olduqca vacib idi. Güclü ölkənin gənclərinin yetişdirilməsi məsələsi olduqca önəmlidir. Yəni milli və dövlətçilik şüuruna malik gənclər yetişdirilməlidir. Biz hesab edirik ki, bu, ancaq güclü liderlə mümkündür. Xoşbəxtlikdən Prezident İlham Əliyevin bacarığı, təcrübəsi, liderlik qabiliyyəti proseslərin aparılmasını mümkün edir. Eyni zamanda Azərbaycanın geopolitik təsir gücününün artırılması həm də Güney Azərbaycanla bağlı məsələdir. Güney Azərbaycanın milli, siyasi mübarizəsinin gücləndirilməsi, geopolitik proseslərdə iştirakı qaçınılmazdır. Sadəcə olaraq, hansı formada və necə sistematik şəkildə bu prosesə qoşulması məsələsi sözsüz ki, Azərbaycan dövlətinin üzərində olan bir məsələ olmalıdır və olacaq. Fransa, İran adlanan dövlət, ermənilər təxribatlar törədərək çalışırlar ki, bir sıra Qərb dövlətləri Azərbaycan Prezidentinə və dövlətinə qarşı təzyiqlər etsin".

Sadiq İsabəyli güneyli soydaşlarımızın İlham Əliyevin yenidən seçilməsinə sevindiyini deyib:

"Güclü Azərbaycanın gələcəyinin parlaq olması istiqamətində, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev ciddi rol oynayacaq. İlham Əliyevin yüksək səslə seçilməsi, xalq tərəfindən ona səmimi etimadın və inamın göstərilməsi göz qabağındadır. Bu, həm də onun təzahürüdür ki, millətimiz, xalqımız İlham Əliyevə inanır və güvənir, onun yüksək liderliyini qəbul edir. Xalq güclü Azərbaycanın qurulmasında maraqlıdır. Buna görə də İlham Əliyevin arxasında dayanır. Bu isə, sözsüz ki, Güney Azərbaycanla əlaqədar fəaliyyət göstərən milli təşkilatları da, Güney Azərbaycanda yaşayan millətimizi də sevindirir. Təbrik məktubları, aparılan fəaliyyətlər, millətə göz aydınlıqlarının verilməsi onu göstərir ki, Güney Azərbaycan Quzeydə gedən prosesləri ciddi şəkildə dəstəkləyir və sözsüz ki, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində prezidentin bütün həlledici addımlarını həm Güney Azərbaycan üçün çalışan milli təşkilatlar, həm də millətimiz dəstəkləyəcək. Bu, çox sevindirici haldır. Bütün dünya dövlətləri, özəlliklə də, Avropada bununla hesablaşmaq məcburiyyətində qalacaqlar. Yalançı iradların tutulub, bəhanələrin gətirilməsi Azərbaycanın apardığı demokratik proseslərə xələl gətirilməsi bir sıra düşmən qüvvələrin uydurmalarıdır. Bütün bunlara baxmayaraq, xalqımız tərəfindən göstərilən yüksək etimad bir daha Dünya Azərbaycanlılarının vahid gücə çevrilmə potensialının böyük olduğunu göstərdi.Sözsüz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə bu ciddi, dərin və uğurlu prosesə çeviriləcək. Azərbaycanımızı, millətimizi dünya Azərbaycanlılarının vahid güc olması istiqamətində onları səfərbər edəcək. Azərbaycanın istəkləri, bu prosesin içində öz həllini tapacaq".

modern

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər