“Tehran Bakı ilə anlaşacaq, Zəngəzura nəzarət...” - Baqdasaryan

“Tehran Bakı ilə anlaşacaq, Zəngəzura nəzarət...” - BaqdasaryanAzərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaq maraqları var.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

“Azərbaycan və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı maraqları üst-üstə düşür. Amma dəhlizə ruslar nəzarət etmək istəyirlər, Azərbaycan və Türkiyə də nəzarətin onlarda olmasına təkid edir”, - ekspert bildirib.

Bununla belə, Baqdasaryan Rusiyanın Türkiyə-Azərbaycan alyansı ilə ortaq dilə tapa biləcəyini də söyləyib.

Erməni politoloq hansısa məqamda İran Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla da anlaşacağını iddia edir:

“İran ətrafında halqa daralsa və seçim qarşısında qalacaqsa, böyük ehtimalla kiçik maraqlarını, yəni Ermənistanla sərhədləri qurban vermək bahasına belə, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməyə üstünlük verəcək. Belə bir şey ola bilər, onu da istisna etmək olmaz. Əgər İran bunu alternativ kimi qəbul etsə və buradakı yollara Qərb nəzarət edəcəksə, yaxud Ermənistan qərbyönlü ölkəyə çevriləcəksə, əlbəttə, İran bu ərazilərin Qərb yox, Rusiyanın nəzarətində olmasına üstünlük verər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər