Məhkəmə binasına silahlı hücum - 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Dərc olunub:
6-02-2024, 13:32
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Avrasiya.net “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə zamanı 3 polis olmaqla 5 nəfər yaralanıb.
Qeyd edilib ki, ölənlər hücüm edən şəxslərdir.
Son xəbərlər
