Türkiyə əhalisinin sayı açıqlanıb - 85 milyon 372 min

Türkiyə əhalisinin sayı açıqlanıb - 85 milyon 372 minTürkiyə əhalisinin sayı 85 milyon 372 min 377-yə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin sayı 2022-ci ilə nisbətən 92 min 824 nəfər artıb. Kişilərin sayı 50,1, qadınların sayı isə 49,9 faiz təşkil edib.

Rayon və rayon mərkəzlərində qeydiyyatda olanların sayı 93,4 faizdən 93 faizə düşüb. Kəndlərdə yaşayanların sayı isə 6,6 faizdən 7 faizə çatıb.

Bundan başqa, Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının sayında azalma olub. Son məlumata görə, Türkiyədə 1 milyon 570 min 543 xarici vətəndaş yaşayır. Bu, ötən illə müqayisədə 253 min 293 nəfər azdır. Onlardan 48,6 faizini kişi, 51,4 faizini isə qadınlar təşkil edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər