Ukrayna ordusunun azərbaycanlı zabiti həlak oldu
Dərc olunub:
3-02-2024, 08:33
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub.
Avrasiya.net Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü M.Babayev Donetsk vilayətinin Novomixaylovka kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub.
O, Dnepropetrovsk vilayətində dəfn edilib.
Son xəbərlər
