İsrail SEPAH-ın müşavirini öldürdü
Dərc olunub:
2-02-2024, 17:06
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Səid Əlihəddadi bu gün Dəməşqdə İsrail qüvvələrinin raket atəşi nəticəsində ölüb.
Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Raketlər İsrailin nəzarətində olan Qolan təpələrindən atılıb.
İsrail tərəfi zərbə faktını nə təsdiq, nə də təkzib edib.
Son xəbərlər
