Rəsulzadənin 140-cı illiyi ilə bağlı Eskişehirdə tədbir keçirilib
Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının qurucusu, dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin 140-cı doğum günü ilə əlaqədar olaraq tədbir keçirilib.
Avrasiya.net xəbər verir ki, tədbirdə Jurnalist Aynur İmran "Rəsulzadənin türk dünyası üçün əhəmiyyəti" mövzusunda çıxış edib.
Tədbirə başlamazdan əvvəl M.Ə.Rəsulzadənin həyatından bəhs edən video izlənilir. Ardından Azərbaycan Respublikasının qurucusu "Bir dəfə yüksələn bayraq, bir daha enməz" deyiminin sahibi Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət şəhidlərinin xatirəsi sükütla yad edilib.
Tədbir zamanı Rəsulzadənin gənc yaşlarından etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizələrdən bəhs edilib. Rəsulzadənin səyləri Azərbaycanın siyasi və mədəni şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.
Onun cəsarəti, əzmkarlığı və müstəqillik uğrunda mübarizəsi gənc nəsillərə ilham verir. Rəsulzadənin Azərbaycanın müstəqilliyi uğrunda davam edən mübarizəsi təkcə daxili siyasətlə məhdudlaşmırdı, eyni zamanda o dövrün diplomatik hadisələrində və beynəlxalq münasibətlərində mühüm rol oynayırdı.
Söhbət əsnasında Rəsulzadənin təkcə lider deyil, həm də dəyərli mütəfəkkir olduğu da vurğulanıb.
M.Ə. Rəsulzadənin fikirləri, millətçilik, demokratiya və azadlıq məsələləri ilə bağlı əsərləri Azərbaycan tarixində mühüm yer almaqdadır. Ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Məhəmməd Əmin Rəsulzadəni hörmətlə anırığ sözlərinin ardından Jurnalist Aynur İmrana təşəkkürnamə və hədiyyə təqdim edilərək, tədbir sonlanıb.



Son xəbərlər
