Putin 3 ölkəni hədələdi, ciddi qəbul edin - Polşa

Putin 3 ölkəni hədələdi, ciddi qəbul edin - PolşaRusiya Prezidenti Putin Avropa ölkələrini çox ciddi hədələyir. “İsgəndər” raketləri Berlinə çata bilər. Ona görə də Qərb müttəfiqləri Ukraynaya yardımı artırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Putin Polşa, Latviya və Finlandiyanı hədələyib. O, istənilən ölkəni təhdid edəndə bunu tamamilə ciddi şəkildə edir. Qərb dövlətləri bunu çox vaxt düzgün dərk etmir. İndi rus tankları Belarusdadır, Rusiya nüvə silahını da ora köçürüb. Kalininqrad yaxınlığında nüvə silahları var, “İsgəndər” raketləri Berlinə çata bilər. Polşada rus tanklarının paytaxtımızdan 250 km aralıda fiziki mövcudluğu ilə təhlükə hiss edirik. Almaniyada bu mövzunun müzakirə edilməməsinə həmişə təəccüblənirəm. Avropa tez hərəkət etməlidir, çünki Ukrayna təzyiq altındadır. Qüvvələrimizi səfərbər etməliyik. Amerikalılar kömək etməkdən imtina edərlərsə, ciddi dilemma ilə üzləşəcəyik: ya Amerikanı əvəz edin, yəni səylərinizi ikiqat artırın, ya da Putinin Ukraynanı fəth etməsinə icazə verin”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər