Səfirliyə hücum edən şəxsin cəzası nə olacaq? - Mahmudi

Səfirliyə hücum edən şəxsin cəzası nə olacaq? - MahmudiYayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməkdə, Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Motiv yenə də şəxsi zəmində qisas saxlanılıb.

Bu sözləri Axar.az-a güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi deyib.

O bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesini izləyir:

“Siyasi Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, hökumətlər öz ölkələrində xarici səfirliklərin və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdehdirlər. Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası 1974-cü il martın 15-də Məhəmməd Rza şah Pəhləvi tərəfindən təsdiq edilib. İndiki hökumət də onu imzalamış sayılır. Məhkəmənin beynəlxalq hüquq çərçivəsində aparıldığını demək çətindir. Motivin də şəxsi qisas zəminində saxlanılması Azərbaycan tərəfini qane etməyə bilər. Buna baxmayaraq, böyük ehtimalla hücumu törədən şəxsin cəzası edam hökmü olacaq”.

Qeyd edək ki, hücum təşkil olunandan bir il sonra, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə iclası keçirilib. Hakim iş üzrə icraatın başa çatmasını elan edib və hökmün qanuni müddət ərzində çıxarılacağını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər