Sizin Reklam Burada

"Azərbaycan AŞPA ilə bağlı ədalətli qərar qəbul edib"

"Azərbaycan AŞPA ilə bağlı ədalətli qərar qəbul edib""Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı ədalətli qərar qəbul edib".

Bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

O, bu barədə jurnalistin verdiyi suala belə cavab verib: "Bakının bu qədər ədalətli və sərt reaksiya verməsi diqqət və hörmətə layiqdir. Bu gün suveren ölkələr üçün belə cavabların vaxtıdır. Qərb təkcə Rusiyaya münasibətdə deyil, həm də Azərbaycan, Türkiyə və digər suveren ölkələrlə münasibətdə həmişə açıq şəkildə qeyri-bərabərlik edib.

Azərbaycan AŞPA ilə bağlı qərarından qətiyyən peşman olmamalıdır. Biz oradan ayrıldıq və vəziyyət daha da pisləşmədi. Niyə təzyiqə dözməliyik - bunun heç bir səbəbi yoxdur".

Kalaşnikovun sözlərinə görə, bu gün Qərb üçün Cənubi Qafqazı qızışdırmaq vacibdir: "Onlar Bakıya münasibətdə həmişə qeyri-bərabər olublar. Rusiya kimi Azərbaycanı da "maarifləndirməli" dövlətlər sırasına daxil ediblər. Ermənistan isə burada sadəcə bir alətdir, detonatordur. Sadəcə istifadə edirlər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər