Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, xeyli yaralı var
Dərc olunub:
26-01-2024, 09:22
Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.
“TRT Haber”xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Son xəbərlər
