Sizin Reklam Burada

Türkiyə parlamenti İsveçə "HƏ" dedi - Növbə Ərdoğandadır

Türkiyə parlamenti İsveçə "HƏ" dedi - Növbə ƏrdoğandadırTürkiyə parlamenti İsveçin NATO-ya üzv olmasına razılıq verib.

Avrasiya.net xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Sənədin ratifikasiyası Türkiyə Böyük Millət Məclisinin plenar iclasında təsdiq edilib. İsveçin NATO-ya qəbulunun lehinə 287 deputat, əleyhinə isə 55 deputat səs verib.

Sənəd imzalanmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərilib.

Qeyd edək ki, İsveçin müraciətini hələ təsdiq etməyən yeganə ölkə Macarıstandır.

Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiya protokolunu 2023-cü il dekabrın 26-da təsdiqləyib.

İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstan istisna olmaqla, alyansın bütün ölkələri onun üzvlüyünü ratifikasiya edib. Türkiyə İsveçdən terrorçulara sığınacaq verilməsi qaydalarına yenidən baxılmasını tələb edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər