Rəsulov erməni yumor ustasını Soçidə öldürdü

Rəsulov erməni yumor ustasını Soçidə öldürdüErməni yumor ustası Amiran Gevorqyan Rusiyanın Soçi şəhərində dava zamanı öldürülüb.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Soçidəki “Jemçujina” mehmanxanasının yanında Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı Gevorqyan huşunu itirib.

Rusiya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında dava söyüş üstündə olub. Rəsulovun dostları verdikləri ifadələrində bildiriblər ki, Gevorqyan Rəsulovun anasını söyüb. Dava əvvəlcə barda başlayıb. Barın mühafizəçiləri onları bayıra çıxardıqdan sonra dava küçədə davam edib. Rəsulov Gevorqyana bir neçə yumruq zərbəsi endirib. Xəstəxanada ona kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol tərəfli hematoma diaqnozu qoyulub. İki gün koma vəziyyətində qaldıqdan sonra ölüb.

Hazırda Rəsulovun axtarışları davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər