Sizin Reklam Burada

İranda əsgər 5 hərbçini niyə öldürdü? - İranlı ekpert

İranda əsgər 5 hərbçini niyə öldürdü? - İranlı ekpertDünyanın bir çox ölkəsində əsgər vətənə xidmət edən şəxs kimi dəyər görür. Məsələn, qonşu Türkiyədə şəxs hərbi xidmətə yollandıqda həmin gün fəxr hissi ilə, bayram əhval ruhiyyəsində qeyd edilir. İranda nəinki bu yoxdu, hətta valideyinlər övladının salamat gəlib-gəlməyəcəyindən narahatdır.

Bu sözləri iranlı ekspert Murad Vəisi bildirib.

“İran ordusunun daxilində bir çox lazımsız adət-ənənələr var ki, bu da əsgərin hörmətinin zədələnməsinə səbəb olur. Məsələn, İranda yeni əsgərin qürurunu məhv etmək üçün əllərindən gələni edirlər. Bəli, buna bənzər bəzi hərəkətlər əsgərin ağır vəziyyətə öyrəşməsi üçün bir çox ölkələrdə tətbiq olunur. Ancaq təssüflər olsun ki, İran ordusunda bəzən həddən artıq yüklənmə əsgərlərin təhqirinə və şəxsiyyətinin alçaldılmasına gətirib çıxarır”, - o bildirib.

Ekspert vurğulayıb ki, əsgərlər də cəmiyyətin bir hissəsidir:

“Toplumda olan problemlər hərbiçinin psixologiyasına təsir edir. Hətta insanların əsgərlikdən təəssüratı yeni nəslin yanlış məlumatlanmasına gətirib çıxarır. Sonda əsgər reallıqla qarşılaşdıqda dərin depressiya keçirir”.

Vəisi İranda əsgərliklə bağlı qəbul edilən son qanunların vəziyyəti daha da pisləşdirdiyini bildirib:

“Bədəlli əsgərlik vəziyyəti daha da çıxılmaz edir. İranın zəngin təbəqəsi övladlarını əsgərə yola salmaqdan imtina etdiyi üçün maddi cəhətdən imkanı olmayanlar Kirman, Bəlucistan və s kimi münaqişə ocaqları aktiv bölgələrə göndərilir. Təbəqələr arasında fərq böyüdükcə, iqtisasadi vəziyyəti normal olmayan insanların bu haqsızlıqla qarşılaşdıqda əlindəki silahdan istifadəsi qaçılmaz olur”.

Qeyd edək ki, ötən gün İran ordusunun hərbçisi 5 əsgər yoldaşını öldürərək, qaçıb. Daha sonra o, saxlanılaraq, həbs edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər