Sizin Reklam Burada

İranın nüvə başlığı istehsal etmək üçün resursları var

İranın nüvə başlığı istehsal etmək üçün resursları varİranın bir neçə nüvə başlığı istehsal etmək üçün resursları var.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

AEBA rəhbəri İranın kifayət qədər yüksək zənginləşdirilmiş urana malik olduğunu söyləyib.

“Bu, çox məyusedicidir. Başa düşə bilmirik ki, niyə lazımi şəffaflığı təmin etmirlər”, - Qrossi bildirib.

İndiyədək AEBA İranın nüvə silahı üçün uran ehtiyatının həcminin dəyişdiyini aşkarlamayıb. Bununla belə, agentlik bu qədər resursun istehsalı və saxlanmasından narahatdır.

ABŞ ordusunun Baş Qərargahının keçiş rəisi, general Mark Millinin iddiasına görə, İran bir neçə aya nüvə dövlətinə çevrilə bilər.

ABŞ Müdafiə Nazirliyi də hesab edir ki, İranın iki həftədən az müddətdə nüvə silahı əldə etmək üçün kifayət qədər resursu var.

Ötən ilin noyabrında İranın zənginləşdirilmiş uran ehtiyatını 60 faizə çatdırdığı bildirilmişdi. Sentyabrın 5-də açıqlanan son hesabatdan sonra bu həcm 6.7 kq artaraq 128.3 kq-a çatıb. Amma İranda uranın zənginləşdirilməsi sürəti ayda təxminən 3 kq-a qədər azalıb, bu, ötən ilin əvvəlində 9 kq səviyyəsində idi. Ekspertlərin fikrincə, bu, ABŞ ilə dolayı danışıqların nəticəsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər