Sizin Reklam Burada

Pakistan İrana zərbələr ENDİRDİ - Ölənlər var

Pakistan İrana zərbələr ENDİRDİ - Ölənlər varPakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.


***

08:34

Pakistan İran ərazisindəki hədəflərə hücum edib.
Ətraflı

Bunu Pakistanın yüksək rütbəli kəşfiyyat mənbəsi AFP-yə bildirib.

Məlumata görə, İranın cənub-şərqində partlayışlar baş verib.

"Mən yalnız təsdiq edə bilərəm ki, biz Pakistana qarşı silahlı qruplaşmalara zərbələr endirmişik", - mənbə AFP-yə deyib. Onun sözlərinə görə, hökumət yanvarın 18-i səhər saatlarında açıqlama verəcək.

İranın İRNA agentliyi bildirir ki, partlayışlar Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində yerləşən Seravan rayonunun bir neçə bölgəsində baş verib. Region qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib. Tələfat və dağıntılar barədə məlumat verilmir. Yerli mətbuatda ölənlərin olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, İran bundan əvvəl İraq, Suriya və Pakistandakı hədəflərə zərbələr endirib. Tehran iddia edir ki, Pakistandakı hədəflər "Ceyş əl-Ədl" terror qruplaşması olub. Bağdad və İslamabad Tehrandakı səfirlərini geri çağırıb.

Pakistan elan edib ki, Tehranın “bu qeyri-qanuni hərəkətini” cavabsız qoymayacaq. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Tehranın Pakistanın suverenliyinə hörmət etdiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər