Sizin Reklam Burada

Ermənistanda daha bir general həbs edildi

Ermənistanda daha bir general həbs edildiErmənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd edək ki, Tiran Xaçatryan Aramus kəndi ərazisində fəaliyyət göstərən restoranda qeydə alınan insidentlə bağlı saxlanılıb. O, mübahisə zəminində silahdan atış açıb. Nəticədə 1977-ci il təvəllüdlü Rayr Mnatsakanyan sağ qolundan yaralanıb.

Xaçatryana qarşı Ermənistan CM-nin 297-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri (bir qrup şəxs tərəfindən xuliqanlıq), 335-ci maddənin 1-ci hissəsi (qanunsuz olaraq odlu silah gəzdirmə) və 167-ci maddənin 2-ci hissəsinin 8-ci bəndi (silahdan istifadə etməklə sağlamlığa orta dərəcədə zərər vurma) ilə ittiham irəli sürülüb. Atışma nəticəsində xəsarət alan şəxs artıq zərərçəkmiş kimi tanınıb.

Tiran Xaçatryandan xəzinəsində 16 güllə və lüləsində bir güllə ilə CZ-75 tipli döyüş tapançası müsadirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər