İraqda 9 türk əsgəri şəhid oldu

İraqda 9 türk əsgəri şəhid oldu“Pəncə-Kilid” əməliyyatı bölgəsində (İraqda) daha 5 türk əsgəri şəhid olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb

“12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib.

***

Türkiyə ordusunun yaralanan hərbçilərindən biri şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin, Türkiyə mediası əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların sayının 15-ə yüksəldiyini yazır.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər