İran terakta görə 7 tanınmış şəxsi həbs etdi

İran terakta görə 7 tanınmış şəxsi həbs etdiYanvarın 3-də Kirman şəhərində Qasım Süleymaninin anım günündə baş verən partlayışlarla bağlı daha 7 nəfər həbs edilib.

Bu barədə Tehran prokuroru Əli Salehi məlumat verib.

O, həbs edilənlərin kimliyini açıqlamadan onların tanınmış şəxslər olduqlarını və barələrində cinayət işinin açıldığını deyib.

Salehi saxlanılan şəxslərin Kirmandakı partlayışlardan sonra kiber məkanda yalan məlumatlar yaydıqlarını və hökumətə qarşı təbliğat apardıqlarına görə həbs edildiklərini bildirib.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər