Xamenei ofisinin müşaviri edam edildi

Xamenei ofisinin müşaviri edam edildiİranın dini rəhbəri Əli Xameneinin ofisinin müşaviri Möhsün Səravani İsrailə casusluq ittihamına görə edam edilib.

Bu barədə “İran İnternathional” məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da gizli şəkildə ica edilən gənc müşavirin edamı haqda bu gün xəbər sızdırılıb.

Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi fəaliyyətə başlayıb.

Qısa müddət sonra Əli Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quran Səravani rəhbərlik ofisində işə götürülüb.

2022-ci ilin aprel ayında həbs edilən Möhsün Səravani barəsində “MOSSAD-a casusluq və İranın nüvə alimlərinə terror planlaşdırmaq” ittihamları irəli sürülmüşdü.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər