İranda azərbaycanlı tələbə sərhəddə saxlanıldı

İranda azərbaycanlı tələbə sərhəddə saxlanıldıİranda dini təhsil alan Davud Səfər oğlu Səfərov Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb.

D.Səfərovun bu ölkədə üzləşdiyi haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək vətəninə qayıtmaq istəyib, lakin nəzarət buraxılış məntəqəsindən keçidinə icazə verilməyib.

Globalinfo.az xəbər verir ki, azərbaycanlı tələbə İranda qalmağa məcbur edilir, həmçinin “Hüseyniyyun” təşkilatına qoşulması üçün ona təzyiq göstərilir.

2021-ci ildə İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan D.Səfərov təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən sənədlərinin düzgün olmadığı bəhanəsi ilə saxlanılıb.

Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, antiazərbaycan mövqeyi təbliğ olunduğu, eyni zamanda tələbələrin sosial vəziyyəti pis olduğu üçün tələbə İranı tərk edərək ölkəyə qayıtmaq istəyib. Hətta İranın hüquq-mühafizə orqanlarının Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” a qoşulması üçün təzyiq göstərilib. Buna görə onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Məlumata əsasən, son zamanlarda İranda dini təhsil alan azərbaycanlıların vətənə qayıtmasına maneələr yaradılır. Onların hədə-qorxu ilə İranda qalmağa, orada sosial şəbəkələr və KİV-lər vasitəsi ilə Azərbaycan əleyhinə radikal dini fəaliyyət göstərməyə məcbur edildikləri bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər