Antalyaya turist axınından gələn gəlirin artacağı gözlənilir

Antalyaya turist axınından gələn gəlirin artacağı gözlənilirTürkiyənin Antalyası dünyanın ən populyar turizm mərkəzlərindən biri olmağa davam edir.

Avrasiya.net bildirir ki, Antalya dənizi, qumu, günəşi, tarixi abidələri və təbii gözəllikləri, qədim şəhərləri və dəbdəbəli turizm məkanları ilə turistləri özünə cəlb edir.

2019-cu ildə Antalya kurort bölgəsinə 15 milyon 280 min 763 turist gələrək rekorda imza atıb.

Məşhur kurort qış mövsümündə də turistləri qəbul edir.

Əyalətdə otellərin doluluğu demək olar ki, 90%-ə çatıb və artmaqda davam edir. Bu barədə “Anadolu”ya açıqlamasında Aralıq dənizi Otelcilik və Operatorlar Turizm Assosiasiyasının rəhbəri Kaan Kavaloğlu bildirib.

Onun sözlərinə görə, Antalyaya turistlər əsasən Böyük Britaniya, Almaniya, Rusiya və Benilüks ölkələrindən gəlir.

Qlobal turizm bazarında Türkiyəyə səyahətə ciddi tələbat var. Bu barədə Peşəkar Otel Menecerləri Assosiasiyasının (POYD) rəhbəri Hakan Saatçıoğlu məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildə Antalyaya turist axınından gələn gəlirin 15 faiz artacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər