Qırğızıstan qar bəbirini milli rəmzi elan etdi

Qırğızıstan qar bəbirini milli rəmzi elan etdiQar bəbiri rəsmi olaraq Qırğızıstanın milli rəmzi elan edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Qırğızıstan Prezidenti Sadır Japarov “Qar bəbirinin Qırğızıstan Respublikasının milli rəmzi kimi tanınması haqqında” fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Qırğızıstanda qar bəbirinin milli rəmzinin statusunun tanınması, eləcə də onun sayının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib və 12 ölkədə nadir və ya nəsli kəsilməkdə olan növ statusuna malikdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər