Rus deputat 3-cü mərtəbədən yıxılıb öldü
Dərc olunub:
28-12-2023, 18:22
Tobolsk Şəhər Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Vladimir Yeqorov üçüncü mərtəbədən yıxılaraq ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə idarəsindən məlumat verilib.
Qeyd edilir ki, 46 yaşlı deputatın meyiti yaşadığı evin həyətində tapılıb. Onun üçüncü mərtəbədən yıxıldığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
