Sizin Reklam Burada

Rusiya və İran bankları arasında 6.5 milyardlıq RAZILAŞMA

Rusiya və İran bankları arasında 6.5 milyardlıq RAZILAŞMARusiyanın "Sberbank" və İranın "Bank Melli İran" bankları 6,5 milyard rubl dəyərində kredit xətləri açmağa razılaşıblar.

"Kommersant" xəbər verir ki, bu, Aİİ ölkələri ilə İran arasında dekabrın 25-də bağlanmış saziş çərçivəsində baş tutub.

Banklar arasında razılaşma İrandan Rusiyaya mal ixracını stimullaşdıracaq. Razılıq İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzinin dekabrın 26-da Moskvaya səfəri zamanı əldə olunub. İran tənzimləyicisinin mətbuat xidməti xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüşdə tərəflər maliyyə-bank əməkdaşlığının inkişaf etdirilməsi və ölkələr arasında hesablaşmaların milli valyutalarda aparılmasına dair sazişin yekunlaşdırılması məsələlərini müzakirə ediblər.

Görüşdə İranın “Bank Melli İran” və “Bank Sepah” banklarının rəhbərləri də iştirak edib. Qeyd olunur ki, görüşdən sonra “Bank Sepah” Rusiyada 17 milyon avro məbləğində ilk akkreditiv açıb.

Dekabrın 25-də İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında azad ticarət zonası haqqında saziş bağlanıb. Bu, 2019-cu ildən qüvvədə olan müvəqqəti müqaviləni əvəz edib. Yeni müqavilə malların 90%-i üçün idxal rüsumlarını ləğv edir. Qeyd olunur ki, müvəqqəti razılaşma yalnız kənd təsərrüfatı və sənaye məhsulları ilə məhdudlaşıb. Saziş qarşılıqlı dövriyyənin 2019-cu ildəki 2,4 milyard dollardan 2022-ci ildə 6,2 milyard dollara çatdırılmasına imkan verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər