Sizin Reklam Burada

Rusiyada 5 milyona yaxın işçiyə ehtiyac var

Rusiyada 5 milyona yaxın işçiyə ehtiyac varHazırda Rusiya işçi qüvvəsi çatışmazlığı yaşayır. Ölkə iqtisadiyyatında çatışmayan işçilərin sayı təxminən 4,8 milyon nəfərdir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, belə nəticələr Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Nikolay Axapkinin Rosstatın məlumatlarına əsasən hazırladığı araşdırmada əksini tapıb.

“2022-2023-cü illərdə işçi çatışmazlığının kəskin artmasını qeyd etməmək mümkün deyil. Bu, hətta əmək təklifinin sabit qaldığı şəraitdə də özünü büruzə verdi. Rosstatın təqdim etdiyi məlumatları bütün məşğul əhaliyə şamil etsək, onda 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olacaq.

Faiz ifadəsində 2023-cü ilin ortalarında vakant iş yerlərinin xüsusi çəkisi işçilərin ümumi sayının 6,8 faizinə (2022-ci ildə isə 5,8 faiz) çatıb. Müəllif Rosstata istinadən qeyd edir ki, ən böyük işçi çatışmazlığı qida və içkilərlə təminatla məşğul olan təşkilatlarda müşahidə edilib və 17,3 faizə çatıb. Ən əlverişli vəziyyət şəhərlərarası və beynəlxalq dəmir yolu sərnişin daşımaları ilə məşğul olan təşkilatlardadır: burada işçi çatışmazlığı yalnız 2,1 faizdir: “Bütövlükdə iqtisadiyyatda kadr çatışmazlığı artıq onun artımına mane olan amilə çevrilib”, - deyə araşdırmada bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər