Sizin Reklam Burada

Türkiyəni qatarla kəşf – sonsuz təcrübələrə səyahət

Türkiyəni qatarla kəşf – sonsuz təcrübələrə səyahətTürkiyəni kəşf etməyin ən yaxşı yollarından biri qatarla səyahət etməkdir. Son illərdə yeni xətlərin, o cümlədən sürət qatarlarının inkişafı və mövcud marşrutların yenilənməsi üçün geniş investisiyalar qoyulmuşdur. GoTürkiyə sizə Anadolunun xəzinələrini kəşf etmək üçün məşhurlaşan xüsusi dəmir yolu turları təqdim edir. Elə isə, Türkiyənin nostalji və müasir qatar
səyahətlərini kəşf edək!

Sizə Türkiyəni qatarla kəşf etmək üçün 6 səbəb veririk:

Təcrübə!

Qatarla səyahət hava və ya avtomobil yolu ilə səyahət etməkdən daha dolğun təcrübədir. Uzun
qatar səfərləri düşünmək və meditasiya etmək üçün vaxt qazandırır. Bu səyahətlər inanılmaz
dərəcədə mənzərəli ola bilər, şəhər, dağ və çayların mənzərəsində səyahətinizdən zövq
alacaqsınız.

Fərqli İstiqamətlər

Qatarla daha kiçik, daha az tanınan istiqamətləri də kəşf etmək mümkündür. Türkiyə dəmir yolu
şəbəkəsi sizə kiçik şəhərlərə səyahət etməyə də imkan verir.

Nostalji

Seçdiyiniz istiqamətdən asılı olmayaraq qatarla səyahət etməkdə çox qəribə, nostaljik və
romantik bir duyğu var.

Azadlıq və rahatlıq

Səyahətiniz zamanı təhlükəsizlik kəmərinə bağlı olmadan istədiyiniz qədər qatarda hərəkət
etməkdə sərbəstsiniz.

Xərclər

Pula qənaət edin - Qatarla səyahət etmək sərfəli bir yoldur. Türkiyə Qatar Şəbəkəsində qatar
səyahətinin qiyməti xüsusilə yaxşıdır.

Ekoloji təmizlik

Qatardan istifadə etmək CO2 emissiyasını təyyarə ilə müqayisədə 50% azalması deməkdir.

Belə ki, səfərinizin iqlimə təsirindən narahatsınızsa, bilin ki, qatar səyahəti təyyarə və ya fərdi
nəqloyyat vasitələrindən ekoloji olaraq daha üstün və təmizdir. Üstəlik, qatar stansiyalarının
şəhər mərkəzində yerləşməsi səbəbi ilə şəhər mərkəzinə əlavə nəqliyyata da ehtiyac yoxdur.

Türkiyənin daxili qatar istiqamətlərini birlikdə kəşf edək:
Türkiyə Dövlət Dəmir Yolları tərəfindən idarə olunan sərnişin qatarları ölkənin bütün istiqamətlərinə səyahəti asanlaşdırır, qət edilən məsafədə qatar sizə qar və gözəl mənzərələrlə
səyahət etməklə unudulmaz təcrübə təqdim edir.

Qatarla səyahət üçün pik mövsüm
istiqamətindən asılı olaraq dəyişsə də, əsasən yay aylarına üstünlük verilir. Qış mövsümündə
qatar daha çox yürüyüşçülər, fotoqraflar, alpinizm qrupları, universitet tələbələri kimi xüsusi
maraq qrupları tərəfindən istifadə olunur.

Siz də Türkiyənin müxtəlif istiqamətlərini kəşf etmək üçün dəmir yollarına üstünlük verə bilərsiniz.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər