Sizin Reklam Burada

Yeni Ermənistan-Azərbaycan müharibəsi ola bilər

Yeni Ermənistan-Azərbaycan müharibəsi ola bilərMünaqişə Qarabağ deyil, Ermənistan-Azərbaycan münaqişəsidir və Dağlıq Qarabağ bu münaqişənin özəyini təşkil edirdi. Bununla belə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında eksklavlar və əlaqələr, dəhliz məntiqi, sərhədin demarkasiyası və delimitasiyası problemləri hələ də qalmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Ermənistanın “Güc faktoru” proqramında deyib.

“Bu o deməkdirmi ki, müharibə qaçılmazdır? Mən deməzdim ki, belə bir ehtimal yüz faizdir, amma münaqişə həll olunmayana, hamının razılaşdığı müəyyən bir fiqur tapılmayana qədər bu sual açıq qalır. Təbii ki, belə bir ehtimal var”, - deyə o əlavə edib.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərara gəlincə, ekspertin fikrincə, İlham Əliyev özünün “torpaq toplayan” imicini təbliğ etməyə çalışır:

“O, əlavə legitimlik qazandı. Belə çıxır ki, o, Qarabağsız Azərbaycanın prezidenti olub, indi də Qarabağlı Azərbaycanın prezident olmağa çalışır. Fərq var və o, bu imicini bərqərar edib, “torpaqları toplayan” adam kimi yenidən seçilmək istəyir. Bu, yalnız daxili siyasət üçündürmü? Xeyr, təkcə daxili siyasət deyil. Xarici amillər də daxil olmaqla, bir çox amillər ona 2023-cü ildə etdiklərini etməyə imkan verən şəkildə inkişaf etdi. Bunsuz üçüncü, ən qısa Qarabağ müharibəsi qeyri-mümkün olardı”.

Onun sözlərinə görə, həm Moskva, həm də Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır:

“Lakin sual ondan ibarətdir ki, dinc tənzimləmədən kim faydalanacaq? Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması da proseslə yanaşı gedir. Müharibəyə hazırlaşırsınızsa, nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq mümkün deyil. Əgər sülhə hazırlaşırsansa, onda blokdan çıxarma… Ancaq bu da çətin bir sualdır: kim, necə və hansı konfiqurasiyalarda kommunikasiyaları açacaq və benefisiar kim olacaq?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər