Sizin Reklam Burada

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLAR

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARAzərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib.

Avrasiya.net xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın Ümummilli Liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra Forum öz işinə başlayıb.

Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib.

Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib. O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb.

T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib.

Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb.

Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib. O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.

Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq.

KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib.

Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər