Sizin Reklam Burada

Şimali Kiprdə mühüm görüş - 60 tanınmış jurnalist Lefkoşada toplaşdı - FOTOLAR

Şimali Kiprdə mühüm görüş - 60 tanınmış jurnalist Lefkoşada toplaşdı - FOTOLARBeynəlxalq Jurnalistlər Şurası (BJŞ) Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində 13-16 dekabrda "Uluslararası KKTC Medya Buluşması" adlı tədbir keçirir.

ŞKTR-in qurulmasının 40-cı ilində beynəlxalq arenada tanınması məqsədilə beynəlxalq tədbirə imza atıb.

Tədbirdə 42 yerli, 18 xarici jurnalist olmaqla, ümumilikdə 60 media nümayəndəsi iştirak edir. "Grand Paşa Nicosia Hotel" də keçirilən tədbirə ŞKTR prezidenti Ersin Tatar və Türkiyə səfiri Metin Feyzioğlu da qatılıblar.

İki ayrı sessiyada keçiriləcək görüşdə 8 fərqli məruzəçi Kipr və ŞKTR ilə bağlı 8 fərqli mövzuda məruzə təqdim edəcək. KGK sədrinin müavini İsmail Bayazıtın moderatorluğu ilə keçirilən ilk iclasda “Tarixdən günümüzə Kipr məsələsi (Taner Erginel), ŞKTR-nin qurulması və aktual vəziyyət (Ergün Olgun), Kiprdə beynəlxalq aləmdə həll üçün atılan addımlar və Yunan tərəfinin münasibəti (Prof. Dr. Hüseyn Işıksal), ŞKTR-nin tanınması məsələsi və təcridlərin ləğvi cəhdləri (Osman Ertuğ)” mövzuları təqdim ediləcək. BJŞ Məsləhət Şurasının sədri Levent Eraslanın moderatorluğu ilə keçirilən ikinci iclasda “Rusiya və Türk dövlətlərinin ŞKTR siyasəti (Gökhan Gülər), ŞKTR iqtisadiyyatı, inşaat, turizm və ticarət baxımından imkanlar (Prof. Dr. Ata Atun), ŞTR -nin Avropada qəbulu (Hüseyin Baraner), tarix boyu ŞKTR mətbuatı və jurnalistlərin Kipr davasına töhfəsi (Akay Camal)” mövzuları müzakirə ediləcək.

BJŞ-nin sədri Mehmet Ali Dim bildirib ki, Şimali Kipr məsələsi olduqca həssas nöqtədir. Onun sözlərinə görə, ŞKTR-in beynəlxalq arenada tanınması olduqca vacibdir:

"ŞKTR qardaş ölkə və qardaş xalq olaraq həssas nöqtəmizdir. ŞKTR-nin beynəlxalq səviyyədə tanınması və təbliği bizi çox maraqlandırır. Prezident Ersin Tatarla birlikdə ŞKTR daha dinamik diplomatiya həyata keçirir. Türkiyə də bu məsələyə böyük töhfə verir. Yaxın coğrafiyamızda, xüsusilə türk dövlətlərində ŞKTR anlayışı müsbətə doğru dəyişir. BJŞ olaraq biz media diplomatiyası vasitəsilə buna töhfə vermək üçün bu beynəlxalq görüş təşkil etdik. Türk respublikalarından, Rusiyadan, Avropadan, Gürcüstandan, Suriyadan və Yaponiyadan 18 jurnalistin, Türkiyədən isə 42 əsas və yerli media jurnalistinin qatıldığı bu görüşlərlə bütün yerli və xarici mediada ŞKTR-nin tanınması, təbliğatı mövzularında təsəvvür yaratmaq istəyirik"

Tədbirə qatılan jurnalistlər iki gün ərzində Kipr adasının şəhərlərini və tarixi, turistik yerlərini də görmək fürsəti əldə edəcəklər. Qapalı Maraş və Karpaz da gəzilib-görüləcək yerlər arasında olacaq.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər