Sizin Reklam Burada

İranda polis bölməsinə hücum: ölənlər var

İranda polis bölməsinə hücum: ölənlər varİranın etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsinə silahlı hücum olub.

İran mediası xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:00 radələrindən başlayan silahlı hücum zamanı polis bölməsində güclü partlayışlar olub.

Rask şəhərinə çox sayda xüsusi qüvvələrin yeridildiyi, kəşfiyyat PUA-larının havaya qaldırıldığı bildirilir.

Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.

Son məlumata görə, polis mərkəzinin daxilində və ətrafında atışmalar davam edir.

İranın polis komandanlığı yerli vaxtla səhər saat 7:53-də yaydığı məlumatda hadisəni təsdiqləyib.

“Hücum edənlər bir neçəsi öldürülüb və yaralanıb. Terror hücumu nəticəsində polis qüvvələrinin bir neçə əməkdaşı da həyatını itirib və yaralanıb”, - rəsmi bəyanatda bildirilib.

Ölənlərin və yaralananların dəqiq sayı açıqlanmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər