Sizin Reklam Burada

Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq!

Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq!Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı məsələ yaranarsa, Cənubi Qafqaz regionunda stabillik pozula bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krılov erməni mediasına deyib.

O, bu halda erməniləri müharibə ilə qorxudub:

“Bundan sonra Türkiyə və Azərbaycan Qarabağdakı son əməliyyat kimi erməni probleminin nəhayət həlli üçün əməliyyata başlaya bilərlər”.

O, kollektiv Qərbin Ermənistanın köməyinə gələcəyinə böyük şübhə ilə yanaşdığını bildirib:

“Birinci Ermənistan respublikasının artıq təcrübəsi var - Antanta dövlətlərindən çoxsaylı vədlər almışdı, lakin müharibə başlayanda onlar öz donanmalarını Qafqaz dağlarına göndərə bilməyəcəklərini bəyan etdilər. Bununla da onların iştirakı başa çatdı, Birinci Respublika isə süqut etdi. Müxtəlif siyasi addımlar atılanda tarixi xatırlamağa dəyər.

Hər şeyin öz qiyməti var, kiçik dövlətlər üçün səhvlər isə xüsusi qiymətə malikdir. Onlar erməni dövlətçiliyi üçün ölümcül ola bilər”.

O, əminliklə bildirib ki, Ermənistanı tərk etmək Rusiya üçün kritik olmayacaq:

“Rusiya artıq bütün Qafqaz silsiləsi boyu müasir hava və raketdən müdafiə sistemi qurub”.

Eyni zamanda o, hadisələrin bu istiqamətdə mümkün inkişafını kədərli adlandırıb, çünki bu, Rusiyanın maraqlarına, eləcə də Ermənistan-Rusiya münasibətlərinin maraqlarına ziddir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər