Sizin Reklam Burada

Rusiya Ermənistana hücum hazırlayır - İrəvanda panika

Rusiya Ermənistana hücum hazırlayır - İrəvanda panikaİrəvan hökuməti məxfi şəkildə Rusiya ilə Ermənistan arasında mümkün silahlı münaqişəni müzakirə edir. Daha doğrusu, münaqişə deyil, Rusiyanın Ermənistan ərazisində sürətli və effektiv hərbi əməliyyatını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.

“Niyə? Çünki bizim hazırda bacarıqlı ordumuz yoxdur və bunu Kreml bilir. Buna şübhə edənlərə, ölkələrimiz arasında ümumi sərhədlərin olmaması ilə bağlı “arqument” gətirənlərə bolşeviklərin respublikamızı necə işğal etdiklərini və Ermənistanı 70 ildən artıq nəzarətdə saxladıqlarını xatırlatmaq istərdim. Zərbə indi hər yerdən gələ bilər. Məsələn, oliqarx İvanişvilinin nəzarətində olan Gürcüstandan. Onun əli ilə Kreml nə istəsə, edilə bilər. Rusiyada 1991-ci ilin martında ümumittifaq referendumunun keçirildiyini xatırlamağı xoşlayırlar. Həmin dövrdə referendum komissiyaları yaradılmış və referendumun keçirilməsi 15 ittifaq respublikasından 9-na həvalə edilmişdi. O cümlədən Azərbaycana da. İndi bu ölkədə (Azərbaycanda - red.) müstəqillik eşqindən çox və pafoslu danışmağı xoşlayırlar, lakin o zaman - 1991-ci ilin martında referendumda iştirak edən azərbaycanlıların 93,3%-i SSRİ-nin saxlanmasına səs vermişdi (Zəruri olaraq qeyd edək ki, 1991-ci il 17 martda keçirilən referendumun saxtalaşdırıldığını hələ o zaman elan edilmişdi – red.). Ermənistan isə hələ o zaman bu ittifaqı dağıtmaq istəyi nümayiş etdirirdi. Bunu Kremldə hamı xatırlayır. Və bunu üzə çıxarıb, Rusiya ictimai şüurunda ölkəmizin mənfi imicini gücləndirirlər. Qarşılıqlı təmas çağımızda kimsə düşünsə ki, Ermənistanda sığınacaq tapmış rusların çoxluğunu nəzərə alaraq dövlətimiz haqqında mənfi rəy yaratmaq mümkün deyil, mən onları ayılmağa çağırıram. Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın başına gələnləri xatırlayaq. Ruslar bu ölkəyə kütləvi şəkildə səfər etdilər, heyran qaldılar, Rusiya səhnəsində, Rusiya siyasətində və biznesində çoxlu gürcü var idi. Amma rus tankları öz işini gördü və heç kim onlara mane olmadı. Ukraynanı xatırlayaq. Bunlar ümumiyyətlə bir-birinə ən yaxın iki xalqdır. Bəs nə oldu? Rusiya Ukraynaya qarşı böyük müharibəyə getdi, ərazisinin dörddə birini ələ keçirdi və yoluna davam edir. Və yenə də heç kim onu dayandırmaq istəmir. ABŞ və Avropa ölkələri Ukraynanı tərk etdilər. Eyni şey Ermənistanı da gözləyir”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər