Sizin Reklam Burada

Fransa Ermənistana silah versə… - Ərdoğan

Fransa Ermənistana silah versə… - ƏrdoğanFransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana silah göndərməsi ilə bağlı danışarkən deyib.

Ərdoğanın sözlərinə görə, Fransa əvvəllər də Ermənistana bir sıra dəstək verirdi, amma heç bir nəticə əldə etmədilər:

“Fransa Minsk Qrupunun tərkibində idi. Məsələ bitdi, heç bir nəticə əldə edilmədi. Belə olduğu halda o, yenidən Ermənistanı təxribata çəkir. Zirehli texnikanı göndərsən nə olacaq? Buradan nəticə əldə edə bilməyəcəksən. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Sadəcə Ermənistanı aldadırlar.

​Ermənistan rəhbərliyi son təcrübələrindən dərs götürməli və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək İrəvanın marağında olmalıdır. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”, - Ərdoğan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər