İranda polis bölməsinə basqın edildi: ölənlər var
Dərc olunub:
8-12-2023, 13:55
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin "Ziyarət çeşmə" polis bölməsinə silahlı basqın olub.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, silahlı qarşıdurma zamanı 4 hökumət məmuru öldürülüb.
Hücuma görə məsuliyyəti etnik bəlucların silahlı qruplaşması "Ənsar əl-Furqan" öz üzərinə götürüb.