Sizin Reklam Burada

Paşinyan Azərbaycana səfər edəcək

Paşinyan Azərbaycana səfər edəcəkBakı və İrəvan arasında əldə edilən son müsbət razılaşma – 34 nəfər saxlanılan hərbçinin azad olunması, eləcə də Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi, Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləməsi kimi addımlar müxtəlif aspektlərdən şərh olunur.

Avrasiya.net xəbər verir ki, siyasi şərhçi Nazim Cəfərsoyun sözlərinə görə, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması yaxınlaşır.

“Bu müqavilənin 7 fevraldan öncə imzalanması ehtimalı artıb, ancaq bu prosesin zamanı Ermənistana daxili və qlobal xarici amillərin təsiri ilə dəyişə bilər”.

N.Cəfərsoy Azərbaycan-Ermənistan münasibətlərindəki müsbət dəyişiklikləri şərh edərkən bildirib:

“Müqavilə imzalanarkən tərəflər, xüsusilə Azərbaycan bu sülhün qlobal və regional güclərdən hamısının qazanacağı, ən azı heç birinin itirmədiyi bir hadisə olduğunu önə çıxaracaq. Dolayısıyla müqavilə üçün Moskva, Brüssel, Vaşinqton və Ankaranın dəstəyi alınacaq. Tehrana da müsbət mesajlar göndərilməyə davam ediləcək”.

Ekspert bir sıra maraqlı siyasi proqnozlar da verib:

“Prezident İlham Əliyev 2024-cü ilin 7 fevralında beynəlxalq sistemin normal qəbul edəcəyi bir seçki ilə təkrar seçiləcək.

Sülh müqaviləsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan Qafqaza sülh gətirən liderlər kimi 2024-cü ilin oktyabr ayında veriləcək Nobel sülh mükafatına layiq görüləcəklər.

Paşinyan isə - öldürməsələr- bir gün Azərbaycana səfər edəcək və Xocalıdakı abidənin önündə öz xalqı adına Xocalı qurbanlarından üzr istəyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər