SEPAH neft daşıyan iki tankeri ələ keçirdi
Dərc olunub:
6-12-2023, 18:42
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində neft daşıyan iki tankeri ələ keçirib.
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumatda tankerlərin 4,5 milyon litr qaçaq yanacaq daşıdığı iddia edilib.
SEPAH Hərbi Dəniz Qüvvələrinin beşinci bölməsinin komandiri admiral Əli Ozmayi bildirib ki, gəmilərin xarici vətəndaşlardan ibarət 34 ekipaj üzvü həbs edilib.
O, gəmilərin və ekipaj üzvlərinin hansı ölkəyə mənsub olduğu barədə açıqlama verməyib.