Sizin Reklam Burada

“HƏMAS-la döyüşlərdə ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”

“HƏMAS-la döyüşlərdə ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”İsrail ordusunun Qəzza ilə döyüşlərdə həlak olan hərbçilərindən hansının Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, ABŞ və ya Fransa vətəndaşlığına malik olması barədə heç bir məlumatı yoxdur.

Bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

Diplomat vurğulayıb ki, İsrail ordusunun Qəzza zolağında HƏMAS-la döyüşlərdə həlak olan əsgərləri arasında keçmiş SSRİ-dən olan mühacir soyadlılar da var.

O, bununla yanaşı, ölən döyüşçülər arasında Rusiya vətəndaşlığı olan israillilərin olub-olmadığını bilmədiyini də deyib. "İnsanlar rusiyalı olduqlarına görə orduya çağırılmırlar. Bizim kimin Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Azərbaycan, ABŞ və ya Fransa vətəndaşlığına malik olması barədə heç bir məlumatımız yoxdur. Sadəcə olaraq deyə bilərəm ki, həlak olanların adlarına nəzər salanda onların Sovet İttifaqı ölkələrinin köklərinə malik olduqlarını görürük. Onların Rusiyadan olduğunu deyə bilmərəm. Biz belə hesablama aparmırıq”, - diplomat deyib.

Səfir eyni zamanda israillilərin başqa vətəndaşlığı olub-olmamasından asılı olmayaraq, 18 yaşında hərbi xidmət keçmə vaxtı çatdığı təqdirdə orduya çağırıldığına diqqət çəkib.

Qeyd edək ki, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan əsgərlərin sayının 80-ə çatdığını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər