Sizin Reklam Burada

Türkiyədən İsrailə xəbərdarlıq: Ciddi nəticələri olacaq

Türkiyədən İsrailə xəbərdarlıq: Ciddi nəticələri olacaqTürkiyə kəşfiyyatı İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etməsinin “ciddi nəticələri” barədə xəbərdarlıq edib.

Avrasiya.net
Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra bütün dünyada Fələstin HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşdığını bildirib. “Wall Street Journal” İsrail rəsmilərinə istinadən xəbər verib ki, xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır. Qəzet yazır ki, İsrail Qəzzadakı hərəkatın liderlərini ələ keçirib məhv etməyə çalışır.

"Türkiyə kəşfiyyatındakı mənbələr, İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib edəcəyinə dair beynəlxalq mediada çıxan xəbərlərlə bağlı İsrail rəsmilərinə lazımi xəbərdarlıqların edildiyini bildirib. Xəbərdarlıq edilib ki, belə bir mövqenin ciddi nəticələri olacaq”, - telekanal kəşfiyyat orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Kanalın həmsöhbəti xatırladıb ki, “müxtəlif xüsusi xidmət orqanları əvvəllər Türkiyə Respublikası ərazisində qanunsuz fəaliyyət göstərməyə cəhd ediblər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər