Sizin Reklam Burada

Ermənistan İranla sərhədi minalayıb - ANAMA

Ermənistan İranla sərhədi minalayıb - ANAMA"Ermənilər işğal dövründə nəinki Ermənistan, hətta İranla sərhədi belə minalayıb".

Avrasiya.net xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən artıqdır mina problemi ilə qarşı-qarşıyadır: "Azad olunan ərazilərdə aparılan işlər nəticəsində 1 milyondan çox minanın basdırıldığı məlum olub. Lakin işğal zamanı təkcə burada deyil, Ermənistan və İranla sərhəddə də minalar basdırılıb".

"Dünən Beynəlxalq Əlillər Günü idi. Azərbaycan hazırda Cənubi Qafqazda minalardan ən çox əziyyət çəkən ölkədir. Təəssüf ki, hazırda Cənubi Qafqazda heç bir ölkə Ottava Konvensiyasına qoşulmayıb və bu da çox ciddi məsələdir. Ümid edirik ki, ölkələr mina problemi ilə əlaqədar daha diqqətli olacaqlar. Biz 44 günlük Vətən müharibəsindən sonra demək olar hər gün mina qurbanları barədə xəbərlər alırıq", - H.Səfixanov bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər