Sizin Reklam Burada

Gürcüstanın yeni şeyxi kimdir...

Gürcüstanın yeni şeyxi kimdir...Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin müəyyənləşdirilməsi ilə əlaqədar idarənin Ali Dini Şurasının iclası keçirilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, iclas zamanı GMİ-nin şeyx namizədlərinin səsvermə prosesi baş tutub. Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib. Məlumata görə, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq səsvermədə iştirak etməyiblər.

Şeyx seçkilərində daha iki namizəd - Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov iştirak edib.

Qeyd edək ki, 1977-ci ildə Marneulinin Sabirkənd kəndində anadan olmuş Hacı Faiq Nəbiyev ilk dini təhsilini Gəncə Mədrəsəsində alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində davam etdirib. O, 2002-ci ildə “Alulbeyt” Dini Mədəni Maarif Mərkəzinin təsis olunmasından bugünədək sözügedən mərkəzin müdiri vəzifəsini tutub.

Xatırladaq ki, Gürcüstan Müsəlmanları İdarəsinin əvvəlki şeyxi Hacı Ramin İgidov idi. O, şeyx seçkilərində iştirak etməyəcəyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər