Sizin Reklam Burada

4 kəndin taleyi artıq həll edilib - Şarmazanov

4 kəndin taleyi artıq həll edilib - ŞarmazanovErmənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, reallığa boyun əymək müqaviləsidir. Hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalayacaq. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq.

Bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib.

“Ermənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə yox dediyini xatırlamıram. Bakı “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi. Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurlarından biri qeyd edib ki, 4 kənd üzrə artıq bütün məsələlər öz həllini tapıb”, - o bildirib.

Şarmazanov qeyd edib ki, Ermənistanı təmsil edən şəxslərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə heç bir təsəvvürləri yoxdur:

“​Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər hansı birinə mənfi cavab versə, Azərbaycan “müharibəyə” başlayacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər