Kadırovun oğlu çeçen batalyonuna rəhbərlik edəcək
Dərc olunub:
29-11-2023, 10:16
Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Rusiya Müdafiə Nazirliyinin tərkibindəki Şeyx Mənsur adına çeçen batalyonunun kuratoru olub.
Bunu Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov deyib.
“Adam Kadırova mühüm istiqamət həvalə edilib. Bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki bölmələrdən birinə - Şeyx Mənsur batalyonuna nəzarət edəcək. Yeni təyinat Adam Kadırovun mühüm xidmətlərinin təbii nəticəsidir”, - o bildirib