Sizin Reklam Burada

SEPAH-ın hərbi maşını partladıldı: ölənlər var

SEPAH-ın hərbi maşını partladıldı: ölənlər varSistan və Bəlucistan əyalətinin Zahidan-Xaş şəhərləri arasında SEPAH-a məxsus hərbi avtomobil partladılıb.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, maşın yolda quraşdırılmış bomba nəticəsində partlayıb.

Məlumata görə, partlayış nəticəsində 4 SEPAH üzvü öldürülüb, 3-ü yaralanıb.

Sistan və Bəlucistan əyalətinin polis rəisi Dostəli Cəlilian mediaya açıqlamasında yola quraşdırılmış bomba ilə yanaşı, SEPAH avtomobilinə bir neçə tərəfdən silahlı hücum edildiyini deyib.

O, bombanın partlaması və silahlı qarşıdurma zamanı heç bir ölüm halının qeydə alınmadığını bildirib.

Hücumçular hadisə yerindən qaçmağa nail olublar.

Bəlucların “Ənsar əl-Furqan” silahlı təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər