Sizin Reklam Burada

Tehranla Bakı arasında bu razılaşma… - Musəvi

Tehranla Bakı arasında bu razılaşma… - MusəviNaxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və İranın ərazisi vasitəsilə Azərbaycan ərazisinə birləşdirilməsi Bakının Tehrana olan etimadının göstəricisidir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəsinin Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəmlə görüşdə deyib.

“Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir”, - dövlət agentliyi səfirdən sitat gətirib.

Diplomat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun iranlı həmkarı İbrahim Rəisinin tutduqları mövqe münasibətlərin dərinləşməsində yaxşı addımdır:

“İki ölkə prezidentlərinin son görüşü və tutduğu mövqe də iki qonşu dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində yaxşı addım hesab olunur”.

Eyni zamanda, İran elçisinin həmsöhbəti Abidin Xürrəm “Xudafərin” və “Qızqalası” su bəndlərini “dostluq bəndləri” adlandırıb:

“Biz iki ölkə prezidentinin iştirakı ilə “Xudafərin” və “Qız qalası” su bəndlərini İran və Azərbaycan arasında dostluq bəndləri kimi açmağa çalışırıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər