Sizin Reklam Burada

9 ayda Türkiyəyə 45,2 milyon turist gəlib

9 ayda Türkiyəyə 45,2 milyon turist gəlibTürkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr aylarında Türkiyəyə gələn turist sayının 45,2 milyon nəfər olduğunu açıqlayıb.

Avrasiya.net xəbər verir ki, nazir Ersoy Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyinin 2024-cü il büdcəsinin təqdimatında Türkiyənin bütün dünya tərəfindən qəbul edilən bir turizm ölkəsi olduğunu, turizmdə uğurun ilk addımının da təşviqat yolu ilə mümkün olduğunu deyib.

Keçən il Türkiyəni 51,4 milyon insanın ziyarət etdiyini xatırladan Ersoy deyib:

“2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin sayı 45,2 milyon nəfər olub. Turist sayında olduğu kimi, turizm gəlirləri də artmaqdadır. Adambaşına düşən gecəlik gəlir 2022-ci ildə 89 dollara, 2023-cü ilin ilk 9 ayında 100 dollara yüksəlib.

Bu, 2017-ci illə müqayisədə 55 faiz artım deməkdir. Turizm gəlirimiz ilk 9 ayda 42 milyard dollar oldu və bu, Orta Müddətli Plan hədəfi olan 55,6 milyard dollar ilə də uyğundur” .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər